• 5 °C
|

“Santos”un hücumçusu Neymarla yeni müqavilə imzalayıb

1 Yanvar 2026
img

"Santos"un ulduz hücumçusu Neymarla yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 33 yaşlı vinger 2026-cı ilin dekabrına kimi Braziliya təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Neymar bu mövsüm "Santos"un heyətində 29 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.