• 17 °C
|

“Traktor” İran Superkubokunun qalibi olub – VİDEO

11 Avqust 2025
img

İran Superkubokunun qalibi bəlli olub.

Apasport.az xəbər verir ki, final matçında çempion “Traktor”la kubokun qalibi “İstiqlal” qarşılaşıb.

Görüş Təbriz klubunun qələbəsi ilə başa çatıb. "Traktor" 87-ci və 90+2-ci dəqiqələrdə fərqlərək 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 2024/2025 mövsümündə ilk dəfə İran çempionu olan "Traktor" tarixində ilk Superkubooka yiyələnib.