• 24 °C
|

Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə qələbə qazanıb

31 Avqust 2026
img

Türkiyə Super Liqasında III tur davam edir.

Apasport.az xəbər verir ki, növbəti oyun günündə “Fənərbaxça” meydana çıxıb.

Komanda “Samsunspor”un qonağı olub. Hesab erkən açılıb. Vedat Muriç 3-cü dəqiqədə fərqlənib.

“Sarı-lacivərdlilər” ikinci hissədə daha bir qol vurub. Oğuz Aydın oyunda yekun nəticəni müəyyənləşdirib – 2:0.

Qeyd edək ki, xallarının sayını 6-ya çatdıran “Fənər” üçüncü pilləyə yüksəlib.