UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.
“Report” xəbər verir ki, “Roma” səfərdə AZ-la, “Tottenhem” Almaniyada “Hoffenhaym”la üz-üzə gəlib.
“Mançester Yunayted” doğma meydanda “Reyncers”lə qarşılaşıb. “Fənərbağça” isə öz meydanında “Lion”la qolsuz bərabərliklə (0:0) ayrılıb.
“Olimpiakos” səfərdə “Portu”ya 1:0 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası
Liqa mərhələsi
VII tur
23 yanvar
21:45. “Portu” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) – 0:1
21:45. AZ (Niderland) – “Roma” (İtaliya) – 1:0
21:45. “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) – 0:0
21:45. “Qarabağ” (Azərbaycan) – FCSB (Rumıniya) – 2:3
21:45. “Viktoriya” (Çexiya) – “Anderlext” (Belçika) – 2:0
21:45. “Budyo Qlimt” (Norveç) – “Makkabi” (Təl-Əviv, İsrail) – 3:1
21:45. “Malmö” (İsveç) – “Tvente” (Niderland) – 2:3
21:45. “Hoffenhaym” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:3
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya) – 2:1
00:00. “Ayntraxt” (Almaniya) – “Ferentsvaroş” (Macarıstan) -2:0
00:00. “Latsio” (İtaliya) – “Real Sosyedad” (İspaniya) – 3:1
00:00. PAOK (Yunanıstan) – “Slaviya” (Çexiya) – 2:0
00:00. “Yunion” (Belçika) – “Benfika” (Portuqaliya) – 2:1
00:00. “Ludoqorets” (Bolqarıstan) – “Midtyullan” (Danimarka) – 0:2
00:00. RFS (Latviya) – “Ayaks” (Niderland) – 1:0
00:00. “Elfsborq” (İsveç) – “Nitsa” (Fransa) -1:0
Qeyd edək ki, yanvarın 31-də UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar avtomatik 1/8 finala vəsiqə qazanacaqlar. 9-24-cü yerləri tutan komandalar isə pley-off oyunları keçirəcək. Onlar 1/8 finala yüksəlmək üçün mübarizə aparacaqlar. Bu mərhələdə ilk matçlar fevralın 13-də, cavab qarşılaşmaları isə 20-də keçiriləcək.