UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcib.
“Report” xəbər verir ki, yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib.
“Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olub. Matç “Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə tamamlanıb.
Beləliklə, “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
23:00. “Budyo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) – 0:2
İlk oyun – 1:3.
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) – 4:1.
İlk oyun – 3:0.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.