
UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tura bu gün yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son oyun günündə daha 9 görüş baş tutub.
"Qarabağ"ın rəqiblərindən "Liverpul" evdə PSV ilə üz-üzə gəlib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
PSJ isə doğma meydanda "Tottenhem"lə qarşılaşıb. Gərgin keçən matçda 8 qola şahidlik ediblər. Fransa klubu rəqibini 5:3 hesabı ilə məğlub etməyi bacarıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
V tur
21:45. "Kopenhagen" (Danimarka) – "Kayrat" (Qazaxıstan) 3:2
21:45. "Pafos" (Kipr) – "Monako" (Fransa) 2:2
00:00. PSJ (Fransa) – "Tottenhem" (İngiltərə) 5:3
00:00. "Liverpul" (İngiltərə) – PSV (Niderland) 1:4
00:00. "Arsenal" (İngiltərə) – "Bavariya" (Almaniya) 3:1
00:00. "Atletiko" (İspaniya) – "İnter" (İtaliya) 2:1
00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) – "Atalanta" (İtaliya) 0:3
00:00. "Sportinq" (Portuqaliya) – "Brügge" (Belçika) 3:0
00:00. "Olimpiakos" (Yunanıstan) – "Real" (İspaniya) 3:4