• 25 °C
|

Ağdaşda kanalda batan yeniyetmənin axtarışları davam edir – FOTO – YENİLƏNİB-1

16 İyul 2025
img

Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində batan yeniyetmənin axtarışları davam edir.

Bu barədə APA-nın Şirvan bürosu xəbər verir.

***
18:49

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

18.07

Ağdaşda yeniyetmə kanalda batıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, 2008-ci il təvəllüdlü D. Süleymanlı Yuxarı Şirvan kanalında çimərkən batıb.

Faktla bağlı araşdırma aparılır.