• 10 °C
|

Amnistiya aktı Gömrük Komitəsinin həbsdə olan sabiq inspektoruna da şamil edilib

22 Dekabr 2025
img

Amnistiya aktı Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan sabiq inspektoru Şahin İsgəndərova da şamil edilib.

APA xəbər verir ki, o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Şahin İsgəndərov 2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin DGK-nın Aksizli mallar İdarəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham edilərək 5 il azadlıqdan məhrum edilib.

Sonradan Ali Məhkəmə cəzanı 5 ildən 3 ilə endirmişdi.