• 18 °C
|

Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib

30 Oktyabr 2025
img

Bakıda həyat yoldaşına zor tətbiq edilməsi faktı ilə bağlı polis tərəfindən saxlanılan şəxs həbs olunub.

APA xəbər verir ki, Nərimanov rayon Məhkəməsində saxlanılan Tamerlan Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə kişinin qadına zorakılıq göstərməsini əks etdirən görüntülər yayılıb. Kadrlarda qadının saçlarının qırxıldığı və onun təhqir edildiyi əks olunur.