• 13 °C
|

Astarada mikroavtobus aşıb, çoxlu yaralı var – YENİLƏNİB

11 Noyabr 2026
img

Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 11 noyabr tarixində saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın cənub bürosuna verilən xəbərə görə, onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

12.20

Astarada idarəetməni itirən mikroavtobus aşıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.

Astara istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-dan çox sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.

Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.