• 27 °C
|

Astarada zəncirvarı qəza olub

21 İyul 2025
img

Astarada 4 avtomobil toqquşub.

APA-nın cənub bürosu xəbər verir ki, ilkin məlumata görə, dönmə əməliyyatı zamanı “Opel” markalı avtomobil “Audi” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Ardınca həmin ərazidə “Mercedes” və “Moskviç” markalı avtomobillər də toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər 4 avtomobilə ziyan dəyib.

Əraziyə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.