• 25 °C
|

Bakı–Quba yolunda ağır qəza, 1 nəfər ölüb

13 Dekabr 2025
img

Bakı–Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.