• 10 °C
|

Bakıda 17 yaşlı tələbə qız yataqxanada ölü tapılıb

14 Noyabr 2026
img

Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi yataqxanada ölü tapılıb.

APA-nın məlumatına görə, hadisə universitetin tələbə yataqxanasında qeydə alınıb.

İlkin məlumata əsasən, ATU-nun Müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi Elvira Eyyubova yaşadığı yataqxananın hamam otağında buxardan boğularaq həyatını itirib.

Onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.