• 23 °C
|

Bakıda 33 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

1 İyul 2025
img

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Elşən Nəbiyevin 13 il 6ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkmişin hüquqi varisi daha ağır cəza verilməsini xahiş edib.

Məhkəmə müşavirəsindən sonra hökm oxunub. Hökm əsasən, Elşən Nəbiyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 27-baş verib. Paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Etibar Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.