Bu gün Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyevə və Rəşid Behbudov küçələrinin kəsişməsində avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.
APA xəbər verir ki, bu haqda Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, hadisə 30 iyul Bakı vaxtı ilə Saat 19:30 radələrində baş verib.
Belə ki, həmin ərazidə hərəkət edən “Mercedes” markalı avtomobilin hərəkətdə olan skuteri vurması nəticəsində skuter sürücüsü Əhmədova Ülviyyə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
***
22:26
30.07.2025-ci il tarixində saat 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub.
APA xəbər verir ki, bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.
Qeyd edək ki, sosial şəbəkələrdə adıçəkilən ərazidə avtomobilin skuter sürən azyaşlını vurması ilə bağlı görüntülər yayılıb.