Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.04.2025-ci il tarixində saat 22:30 radələrində Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə APA-ya TƏBİB-dən xəbər verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Qeyd edilib ki, 1964-cü il təvəllüdlü şəxsə baldırın sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda Müştərək travma şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1985-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması ilə zəruri tibbi yardımlar göstərilib və dərhal Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.