
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8-ci mikrorayon, F.Bayramov küçəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində restoranın mətbəxində fri aparatı, ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərriki yanıb.
Restoran yanğından mühafizə olunub.
***
21:31
Bakıda restoranda baş verən yanğın söndürülüb.
APA xəbər verir ki, ilkin ehtimala görə, yanğın restoranın tüstü bacasından qaynaqlanıb.
***
20:58
Bakıda yanğın baş verib.
APA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən restoranda qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə xidmətinin müvafiq qüvvələri cəlb olunub.