• 17 °C
|

Bakıda silah-sursat aşkarlanıb

1 May 2025
img

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan iki nəfər 2 avtomat silahı, 2 patron darağı və 18 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Xətai rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tüfəng və 9 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.