• 5 °C
|

Bakıda yük avtomobili ağaca çırpılıb, yolda sıxlıq yaranıb – FOTO

13 Fevral 2025
img

Paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.