• 11 °C
|

Bərdədə qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

12 Fevral 2026
img

Bərdədə ağır yol qəzası baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "VAZ2106" markalı iki minik avtomobili toqquşub.

Hadisə nəticəsində "VAZ2106" markalı minik avtomobilinin sürücüsü Elməddin Ocaqverdiyev hadisə yerində ölüb.

Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Faktla bağlı araşdırma aparılır.