• 17 °C
|

Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub

25 Oktyabr 2025
img

25.10.2025-ci il tarixdə saat 17:00 radələrində Beyləqan rayonunda elektrik cərəyanı vurması səbəbilə 1982-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ona elektrik cərəyanının təsiri diaqnozu təyin olunub.

Pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

18:54

Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub.

APA-nın yerli müxbiri xəbər verir ki, rayonun İkinci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Şumanov Əhməd Arif oğlu qohumunun evində təmir işi görərkən cərəyan cərəyan vurub.

Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlər şəxsin vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma başlanıb.