Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon Alar kənd sakini idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını düzgün yerinə yetirməyib və qarşıdan gələn Biləsuvar rayon Ovçubərə kənd sakini Elxan Feyziyə məxsus “VAZ 2107” markalı avtomobillə toqquşub.
Qəza zamanı “VAZ 2107”-də olan yaxın qohumlar, sürücü və onun azyaşlı nəvəsi ölüb. Sürücünün oğlu və yeznəsi isə ağır yaralanıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
14:05
Xəbərə video əlavə edilib.
***
13:31
Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb.
Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Ağalıkənd kəndi ərazisində baş verib.
Qəza nəticəsində iki nəfərin öldüyü bildirilir.
Əlavə məlumat veriləcək.