• 4 °C
|

Binəqədidə ev yanıb, 3 nəfər təxliyə olunub

21 Yanvar 2026
img

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dəhlizinin tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.