• 10 °C
|

Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək ölüb

7 Aprel 2026
img

31 yaşlı Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev Bakı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Mərhum Maşlıq kəndində dəfn olunacaq.