• 12 °C
|

Cəlilabadda 2 avtomobil toqquşub, xəsarət alanlar var

23 Dekabr 2025
img

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Albalan kəndi ərazisində qeydə alınıb. “Chevrolet Niva” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.

"VAZ 2107"də olanlar xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Chevrolet Niva” markalı avtomobilin Cəlilabad rayonunun Saatlı kənd sakini, xanəndə Füzuli Salmanova məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.