
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş deyilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Aparılan təcili tibbi tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin olaraq onun ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığı bildirilib.
Hadisə yerinə cəlb olunan hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə Vüsal Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
K.Cəfərova şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.