• 3 °C
|

DİN İmişlidəki qəzadan daha bir video yaydı

18 Yanvar 2025
img

Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən daha bir video yayıb.

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, xidməti avtomobil xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edir.

17:14

Daxili İşlər Nazirliyi İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.

Oxu.Az xəbər verir ki, görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına “Mercedes” markalı maşının çıxaraq qəza şəraiti yaratması əks olunub.

Görüntünü təqdim edirik:

Xatırladaq ki, bu gün İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib, iki nəfər, həmçinin YPX avtomobilinin sürücüsü xəsarət alıb.