Əfqan Sadıqov 14 sutkalıq həbs olunub.
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Tbilisi şəhər məhkəməsi qərar verib.
O, oktyabrın 18-də Tbilisidə aksiyada yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.
Qeyd edək ki, Əfqan Sadıqovun saxlanıldığına dair məlumatlar yayılıb.
Xatırladaq ki, Əfqan Sadıqov ötən il avqustun 3-də Gürcüstanda həbs edilib.Ötən ilin noyabrında Tbilisi Şəhər Məhkəməsi "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb.
Bu il aprelin 16-da məhkəmə onu 5 min lari məbləğində girov qarşılığında azadlığa buraxıb.