• 28 °C
|

Ələt qəsəbəsində 15 yaşlı yeniyetmə və əmisi boğulub – YENİLƏNİB

3 Avqust 2026
img

Salyan rayonunun iki sakini Ələt qəsəbəsində dənizdə boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilib ki, Salyan rayonunun Yenkənd kənd sakinləri – 35 yaşlı Ariz Əlihəsənov və qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Əlihəsənov dənizdə çimərkən boğulublar.

Ariz Əlihəsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yeniyetmənin batdığı ehtimal olunan ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər.

Əlibəy Zeynallı

***
20:13

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.