• 10 °C
|

Füzulidə ağır qəza, 1 nəfər ölüb, 4 nəfər yaralanıb – YENİLƏNİB

17 Fevral 2026
img

Füzuli rayonunda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı dünyasını dəyişib.

Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu, sərnişinlər Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı xəsarət alıblar.

***

23:17

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yük avtomobili ilə toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.