• 25 °C
|

Füzulidə atdan yıxılan 12 yaşlı oğlan ölüb

29 Avqust 2026
img

Füzuli rayonunda 12 yaşlı oğlan atdan yıxılaraq ölüb.

APA-nın xəbərinə görə, hadisə Zobucuq-5 qəsəbəsinin ərazisində baş verib.

Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü R.N. avqustun 14-də atdan yıxılaraq xətəxanaya yerləşdirilib və ötən gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.