• 13 °C
|

Gədəbəydə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var

31 Mart 2026
img

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib. Xəsarət alanların vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.