• 8 °C
|

Gəncədə 56 yaşlı kişiyə kəsici alətlə xəsarət yetiriblər

8 Mart 2026
img

Gəncə sakini kəsici alətdən xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1970-ci il təvəllüdlü E. Orucov döş qəfəsinin kəsici-deşici alətlə xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Yaralıya dərhal yardım edilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.