• 14 °C
|

Gəncədə ağır qəza nəticəsində 1 nəfər ölüb

4 Aprel 2025
img

Gəncdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alnıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza nəticəsində 1973-cü il təvəllüdlü Talıb Cabbarov hadisə yerində ölüb. Hadisə zamanı xəsarət alanların da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.