• 17 °C
|

Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır – YENİLƏNİB

24 Oktyabr 2026
img

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü şəxs (kişi) 24.10.2026-cı il tarixində saat 10:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, burun nahiyəsinin sıyrılmış yarası, daban sümüyünün çatı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

12.43

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1991-ci il təvəllüdlü A.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.