• 19 °C
|

Gəncədə orta yaşlı kişi bıçaqlanıb

18 Noyabr 2025
img

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, insident şəhər ərazisində qeydə alınıb.

Bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsin 1988-ci il təvəllüdlü T. İsmayılov olduğu müəyyən edilib. Yaralı dərhal əməliyyata götürülüb və vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.