• 11 °C
|

Gəncədə qəzada xəsarət alanların adları açıqlanıb – FOTO – YENİLƏNİB

20 Mart 2026
img

Gəncədə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.

APA xəbər verir ki, qəza nəticəsində 1997-ci il təvəllüdlü N.Yusibova, 1967-ci il təvəllüdlü A.Ramazanova, 2002-ci il təvəllüdlü M.Ramazanova, 1983-cü il təvəllüdlü M.Həsənova və X.Həsənov xəsarət alıb.

Hazırda xəsarət alan şəxslərin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***
19:01

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "KİA"markalı minik avtomobili toqquşub. Qəzadan sonra avtomobillərin biri idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb.

Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza baş verən ərazidə tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır