• 25 °C
|

Gəncədə qonşular arasında dava zamanı yaşlı qadın qolunda bıçaq xəsarəti alıb

29 İyun 2025
img

Gəncədə qonşular arasında dava qanla bitib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Belə ki, şəhər sakini 1950-ci il təvəllüdlü T. Rzayeva qolunun kəsilmiş yarası və 1987-ci il təvəllüdlü İ. Priverdiyeva barmağının sınığı ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki xəstəyə yardım edilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə xəsarət alan hər iki şəxs qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.