• 18 °C
|

Gəncədə yük maşını ilə minik maşını toqquşub, xəsarət alanlar var

22 Oktyabr 2025
img

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Transizt" markalı yük avtomobili ilə minik maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.