• 24 °C
|

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb

20 Dekabr 2025
img

Goranboyda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.

Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.