Xəbərə fotolar əlavə edilib.
***
15:15
Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar Gəncə şəhər sakinləri 1960-cı il təvəllüdlü İ.Əliyeva, 1954-cü il təvəllüdü T.Həsənova, Bakı şəhər sakinləri 1968-ci il təvəllüdlü S.Həmidova, 1961-ci il təvəllüdlü L.İsaqov, Goranboy rayon sakini 1980-cı il təvəllüdlü S.Qasımov, Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Q.Huseynova və Göygöl rayon sakini 1963-cü il təvəllüdlü Z.Həsənovadır.
Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
15:03
Xəbərə foto əlavə edilib.
***
14:44
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Ağcakənd olunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ 2106 ilə "Mercedes” markalı mikroavtobus toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə qəza düşən "Mercedes" avtobus yas yerindən sərnişinləri gətirirmiş.
Faktla bağlı araşdırma aparılır.