24 Mar 2026

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, Goranboyda xəsarət alaraq Gəncədə xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağalı sonuncuya xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.