• 3 °C
|

Goranboyda qarlı hava qəzaya səbəb olub – FOTO

11 Fevral 2026
img

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qazanbulaq kəndi yaxınlığında qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1978-ci il təvəllüdlü E. Əliyevin idarə etdiyi 2107 markalı avtomobil Goranboy şəhər sakini, 1990-cı il təvəllüdlü Z. Əşrəfzadənin idarə etdiyi “Mazda” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, hadisəyə səbəb yolunun qarlı olması olub.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır