• 11 °C
|

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb

20 Mart 2026
img

Goranboyda döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü Ə. Əliyev döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib.

Dərhal ona yardım edilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq 32 yaşlı kişini xilas etmək mümkün olmayıb.

Məlumata görə Ə. Əliyev qonşu tərəfindən döyülüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.