• 11 °C
|

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanaya düşüb

20 Mart 2026
img

Goranboyda bir nəfərin döyülməsi nəticələnən insident yaşanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü Ə. Əliyev döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib.

Dərhal ona yardım edilib. 32 yaşlı kişinin vəziyyətinin ağır olduğu və süni nəfəs aparatına qoşulduğu bildirilir.

Məlumata görə Ə. Əliyev qonşu tərəfindən döyülüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.