20 Okt 2025
Göyçayda taxta sexində yanğın hadisəsi baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən yanğın rayon mərkəzində yerləşən taxta sexlərindən birində qeydə alınıb.
Dərhal əraziyə FHN-nin Göyçay yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda ərazidə işlər davam etdirilir. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.