• 26 °C
|

Hacıqabulda açıq ərazidə yanğın söndürülüb – FOTO – VİDEO – YENİLƏNİB

10 İyun 2026
img

Hacıqabulda açıq ərazidə yanğın söndürülüb.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

***

17:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunub.