• 31 °C
|

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib – VİDEO

22 Avqust 2026
img

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib.

APA-ın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Əhmədzadə saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Əhmədzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.