08 Sen 2026

Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşıdrma aparılır.