• 10 °C
|

Hacıqabulda baş verən qəzada sürücü ölüb

16 Dekabr 2025
img

Hacıqabulda baş verən qəzada sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Avtomobil daşıyan yük maşını idarəetməni itirərək mişar daşı daşıyan “KamAZ” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobil daşıyan yük maşınının sürücüsü hadisə yerində həyatını itirib. Sıxılmış vəziyyətdə qalan meyit FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.